RU

Cüdoçularımız Universiadada iştirak edəcəklər

Sentyabrın 3-dən 9-dək Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadası keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq.

Yarışda cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək.

Heyəti təqdim edirik:

Kişilər

- 60 kq

Bahadır Feyzullayev

-66 kq

Nurlan Kərimli

-73 kq

Mehdi Cəfərov

-81 kq

Mehdi Abbasov

-90 kq

Cəsur İbadlı

-100 kq

Əli Qazıməmmədov

+100 kq

Qurban Məmmədli

Qadınlar

-48 kq

Könül Əliyeva

-70 kq

Südabə Ağayeva

Избранный
50
1
90deqiqe.az

4Источники