RU

"Qarabağ" transfer dönəmində niyə əli ətəyindən uzun oldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn "Qarabağ" hücum xəttini gücləndirmək istiqamətində axtarışlarını davam etdirsə də, heç bir futbolçunun keçidi baş tutmayıb.
Oxu.Az xəbər verir ki, mümkün namizədlər arasında Braziliya "Flamenqo"sunun hücumçusu Juninyo (2.5 milyon avro), Fransa "Loryen" klubunun seneqallı forvardı Sambu Soumano (2.5 milyon avro) da yer alıb.
Onların yanaşı, kolumbiyalı hücumçu Brayan Pereanın (400 min avro) da siyahıda olduğu bildirilir.
Azərbaycanlı futbolçu Ramil Şeydayevin də adı "Qarabağ"la hallanıbmış.
Digər namizədlər arasında israilli cinah oyunçusu Suf Podqorean (850 min avro), seneqallı hücumçu Fabrise Tamba (225 min avro), iranlı forvard Rza Asadi (700 min avro) və koreyalı sol cinah müdafiəçisi Min-sik Kim (175 min avro) var.
Bundan əlavə, malili hücumçu Mahmadu Dembele (400 min avro), qanalı sol cinah oyunçusu Ovusu (400 min avro), honduraslı mərkəz hücumçusu Brayan Roçez (225 min avro) və braziliyalı forvard Andre Klovis (1 milyon avro) diqqət mərkəzinə düşsələr də, heç bir keçid baş tutmayıb.
"Qarabağ" rəhbərliyi hələlik rəsmi addım atmayıb. Lakin Çempionlar Liqası qarşısında daha güclü hücum xətti formalaşdırmaq üçün sərbəst oyunçular bazarında aktiv axtarışların aparıldığı vurğulanır.
Избранный
69
7
oxu.az

5Источники