RU

Bakı Sağlamlıq Mərkəzində nə baş verir?

Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.

Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək həmin vəzifədə işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mamaginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.

İddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.

L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb.

Избранный
68
7
publika.az

8Источники