"Yuventus" futbolçusu Kenan Yıldız barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, türkiyəli vingerin müqaviləsi uzadılacaq. Onun yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədər olacaq.
Bu barədə "Tuttosport" məlumat yayıb.
K. Yıldızla yeni müqavilə ilə birlikdə məvacibi də artacaq. O, bonuslarla birlikdə illik 5 milyon avro qazanacaq.