Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynaya səfərə gedib.
APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Con Hili Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə birlikdə Londonda keçiriləcək “Ramştayn” formatında növbəti görüşün əsas məsələlərini və birgə müdafiə layihələrini koordinasiya edir.
“Ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək vacib ikitərəfli qərarlara hazırlaşırıq”, – deyə Şmıqal bildirib.