RU

Ağcabədidə qəza: “Niva”ya çırpılan “VAZ” aşdı, vətəndaşlar köməyə gəldi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 2-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-UZ-871 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “VAZ-2121” (“Niva”) markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən “Niva”ya çırpılan “VAZ” aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alam olmayıb. Aşan maşın yaxınlıqdakı vətəndaşların köməyi ilə əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, qəzanın baş vermə səbəbləri araşdırılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
avtosfer.az

1Источники