RU

Uşaqlara quru çörək və su verən bağça müdiri işdən çıxarılıb

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.

"Report" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkədə sözügedən bağçada uşaqların səhər yeməyi zamanı quru çörək və su ilə qidalanması barədə video yayılıb. Valideyn şikayətində həmçinin bildirib ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.

Избранный
12
34
xezerxeber.az

10Источники