RU

Juninyonun "Qarabağ"a qayıtmamasının səbəbi bilindi

BAKI, 3 sentyabr. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində heyətinə qatmaq istədiyi Olavio Juninyonun transferinin baş tutmamasının səbəbləri açıqlanıb.​

Teleqraf "Bolavip" nəşrinə istinadən xəbər verir ki, “Flamenqo” 29 yaşlı forvardı itirməməmk üçün Ağdam təmsilçisinin icarə təklifini rədd edib.

Bu ilin yanvarında“Qarabağ”dan 5 milyon avroya Braziliya təmsilçisinə transfer olunan hücumçuya Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Najran" klublarından da icarə təklifi gəlsə də, hər ikisi geri çevrilib.

Səudiyyə Ərəbistanından gələn dəvətlər maliyyə baxımından cəlbedici olub. Lakin klub 5 milyonluq yüksək məbləğə alınmış oyunçudan belə tez imtina etməyi doğru saymır. Bundan əlavə, rəhbərlik hesab edir ki, Juninyo gələcəkdə daha çox ön plana çıxarsa, maddi dəyəri arta bilər.

Klub yeni mövsümdə baş məşqçi Filipe Luisin komandasında Juninyoya daha çox oyun imkanı vermək niyyətindədir. Məşqi heyəti onun tədricən inkişaf edəcəyinə inanır və turnirlərin sıx təqvimi vaxtı futbolçudan yararlanmaq niyyətindədir.

Təkliflər rədd edildiyinə görə, Juninyonun "Flamenqo"nun qarşıdakı oyunlarında daha çox oynayacağı gözlənilir. İndi onun qarşısında duran əsas vəzifə bu oyun dəqiqələrini məhsuldarlığa çevirmək, çətin və həlledici mövsümdə komandasına fayda verməkdir.

Qeyd edək ki, Juninyo ötən mövsümün ikinci yarısında “Qarabağ”dan ayrılıb. Juninyo"Flamenqo"nun heyətində 22 oyunda iştirak edib, lakin yalnız 7 dəfə start heyətində olub və 3 qol vurub.

Избранный
22
teleqraf.com

1Источники