RU

AFFA "Neftçi"ni 5 min manat cərimələdi

AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, Komitə “Neftçi”nin futbolçusu İqor Ribeyronu 3 oyunluq cəzalandırıb.

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Neftçi” klubu 3000 manat cərimə edilib

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilib.

Избранный
40
7
operativmedia.az

8Источники