RU

“Neftçi” 5000, “İmişli” 3000 manat cərimələndi

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Neftçi” klubu 3000 manat cərimə edilsin (maddə 45.1);

29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 86.3);

31.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilsin (maddə 77.4);

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
7
futbolpress.az

8Источники