RU

"Ermənistan hələ də geosiyasi meydanda subyekt kimi yox, vasitəçi güclərin xətləri üzrə hərəkət edir" - AÇIQLAMA

"Ermənistan hələ də geosiyasi meydanda subyekt kimi yox, vasitəçi güclərin xətləri üzrə hərəkət edir" - AÇIQLAMA"Çində keçirilən "ŞƏT plyus" formatlı görüşdə Prezident İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın regiondakı strateji mövqeyini və qlobal layihələrdə söz sahibinə çevrildiyini bir daha nümayiş etdirdi. Zəngəzur dəhlizinin Avrasiyanın əsas nəqliyyat arteriyalarına inteqrasiyası barədə mesaj Azərbaycanın yalnız Cənubi Qafqaz üçün deyil, həm də Çin–Orta Asiya–Avropa xətti üçün əvəzsiz oyunçu olduğunu göstərir. Bakı açıq şəkildə ortaya qoydu ki, onun siyasəti qapalı lokal gündəmlə yox, bütün Avrasiyanın iqtisadi və logistika gələcəyi ilə bağlıdır".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Paşinyanın cavabında Vaşinqtondakı razılaşmanı önə çəkməsi Ermənistanın nə qədər müdafiəçi və reaktiv mövqedə qaldığını göstərdi:

"Ermənistan hələ də geosiyasi meydanda subyekt kimi yox, vasitəçi güclərin xətləri üzrə hərəkət edir. Əliyevin vurğuladığı layihə böyük oyunçuların – Çin, Rusiya, Türkiyə və Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edərkən Paşinyanın ABŞ razılaşmasına sığınması regional liderlik qabiliyyətindən məhrum olmasının bariz nümunəsidir.

Bu ritorika toqquşması əslində geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişir. Çünki Bakı regional əməkdaşlığın təməl prinsiplərini irəli sürür, inkişafı və qarşılıqlı faydanı gündəmə gətirir. Ermənistan isə sadəcə "razılaşmaların məntiqinə" istinadla öz mövqeyini müdafiə etməyə çalışır. Beynəlxalq auditoriyada Ermənistanın arqumentləri zəif görünür, Azərbaycanın isə təşəbbüskar mövqeyi önə çıxır.

Daha mühümü, ŞƏT kimi böyük bir platformada Azərbaycanın açıq danışması Bakının regional deyil, qlobal güc mərkəzləri ilə işləmə qabiliyyətini nümayiş etdirdi. Bu, Azərbaycanın diplomatiya məktəbinin uğurudur və Prezident İlham Əliyevin siyasi vizyonunun nəticəsidir. Cənubi Qafqazın real lideri, proseslərin istiqamətini müəyyən edən ölkəsi Azərbaycanın özüdür və Çində də bu reallıq bir daha təsdiqləndi".

Vüsalə İbrahimli

Избранный
96
sonxeber.az

1Источники