RU

Qarabağ Çempionlar Liqası oyunlarına bu futbolçularla çıxacaq

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" klubu Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, siyahıda 24 oyunçunun adı yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç.

Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina, Sami Mmaee, Bəhlul Mustafazadə.

Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə.

Hücumçular: Kamilo Duran, Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
13
news.milli.az

10Источники