Mərhum aktyor Alen Delonun ailəsində miras uğrunda mübarizə daha da alovlanıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun kiçik oğlu Alen-Fabien atasının vəsiyyətnaməsinin etibarsız sayılmasını və ona yenidən baxılmasını tələb edərək məhkəməyə müraciət edib.
Onun fikrincə, atası dəqiq düşünə bilmədiyindən 50 milyonluq mirası qeyri-bərabər şəkildə paylayıb.
Qeyd edək ki, miras bölgüsündə aktyorun qızı Anuşka atasının müəlliflik hüququ da daxil olmaqla 50%, onun oğullarının isə hər biri mirasın yalnız 25%-ni ala biliblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта