AZ

Alen Delonun övladlarının miras qalmaqalı alovlanıb

Mərhum aktyor Alen Delonun ailəsində miras uğrunda mübarizə daha da alovlanıb. 7News.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun kiçik oğlu Alen-Fabien atasının vəsiyyətnaməsinin etibarsız sayılmasını və ona yenidən baxılmasını tələb edərək məhkəməyə müraciət edib. Onun fikrincə, atası dəqiq düşünə bilmədiyindən 50 milyonluq mirası qeyri-bərabər şəkildə paylayıb. Qeyd edək ki, miras bölgüsündə aktyorun qızı Anuşka atasının müəlliflik hüququ da daxil olmaqla 50%, onun oğullarının isə hər biri mirasın yalnız 25%-ni ala biliblər. 
 
 
 

Seçilən
64
1
7news.az

2Mənbələr