RU

“Azertexnolayn”ın müəssisələrinə mediatur təşkil olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Sentyabrın 2-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti və“Azmade Group” MMC-nin tərkibində fəaliyyət göstərən“Azertexnolayn” MMC-yə mediatur təşkil olunub.

Trend xəbərverir ki, tədbir çərçivəsində media nümayəndələri Azərbaycanınaparıcı sənaye məhsulları istehsalçılarından biri “Azertexnolayn”MMC-nin fəaliyyətini əyani izləmək imkanına malik olublar.

Onlar texnoloji sənaye məhsullarının aparıcı yerli istehsalçısıolan “Azertexnolayn” MMC-nin istehsal etdiyi polietilen və çoxqatlıborular, su təchizatı və kanalizasiya sistemləri üçün məhsullar,eləcə də ağır sənaye infrastrukturu üçün komponentlərlə əyanişəkildə yaxından tanış olublar.

Media nümayəndələri şirkətin nəzdindəki Dəmir Boru Zavodu,Texniki Avadanlıqlar Zavodu və Polietilen Məmulatlarını Zavodundaolublar və orada iş prosesini izləyiblər.

İstehsal prosesini yaxından izləyən media subyektlərinintəmsilçilərinə MMC-nin fəaliyyəti haqqında məlumat verilib.

Burada jurnalistlər məhsulların keyfiyyəti, onların Avropastandartlarına uyğun istehsalı, eləcə də müasir standartlara cavabverən və ətraf mühitin mühafizəsinə uyğun texnologiya, avadanlıqlarvə eksport potensialı haqqında ətraflı məlumatlandırılıb.

Qeyd edilib ki, “Azertexnolayn” MMC “Azmade Group”un İdarəHeyətinin sədri Emruz İsgəndərovun rəhbərliyi ilə Azərbaycanınsənaye sektorunda mühüm yeniliklərə imza atan şirkətlərdən biridir.Şirkət yarandığı gündən etibarən ölkəmizin sənaye infrastrukturununinkişafında və mövcud potensialın daha da möhkəmləndirilməsində vəmüasirləşdirilməsində çox böyük rola malikdir.

Mediatur zamanı bildirilib ki, “Azertexnolayn”ın hər üçzavodunun sınaq laboratoriyaları mövcuddur. İstehsaldan öncə buradabütün xammal laboratoriyalarda sınaqdan keçirilir və onlarınistehsala uyğunluğu yoxlanılır. Həmçinin qeyd olunub ki,“Azertexnolayn”ın sınaq laboratoriyaları 120-dən artıq dövlət vəözəl şirkət və təşkilatlarla da əməkdaşlıq edir.

Sonda sual-cavab sessiyası baş tutub və jurnalistlərimaraqlandıran suallar cavablandırılıb.

“Azertexnolayn” MMC-nin Kommersiya Departamentinin müdiri CeyhunQuliyev deyib ki, şirkətin fəaliyyəti təkcə daxili bazar üçünyönəldilməyib. Onun sözlərinə görə, şirkət yarandığı gündən həm dəixracyönümlü siyasət yürütməyə başlayıb:

“Azertexnolayn” ilk gündən ixraca yönəlmiş məhsullar istehsaledən zavod qurmağa çalışıb. Bu da bizim başlıca məqsədimiz olub.Hesab edirik ki, fəaliyyətə başladığımız andan etibarən biz buhədəfə nail olmuşuq. Çünki hazırda şirkətimizin məhsulları dünyanın25-dən çox ölkəsinə ixrac olunur. Bunların arasında qonşu və Avropaölkələrini nümunə göstərmək olar. Eləcə də ötən ildən etibarənbizim məhsullarımız ABŞ-a da ixrac olunmağa başlayıb. Bütün bunlarisə “Azertexnolayn” MMC-nin dünyada keyfiyyətli istehsalı vəetibarlı şirkət adını qazanması ilə əlaqədardır”.

Müəssisənin illik istehsal gücünə gəlincə C.Quliyev qeyd edibki, bu, Dəmir Boru və Polietilen Məmulatları Zavodlarında 100 mintondan artıq, Texniki Avadanlıqlar Zavodunda isə 12 min tondanartıqdır. Şirkət rəsmisinin sözlərinə görə, istehsal gücünün hər ilartırılması qarşıya qoyulan əsas məqsədlərdəndir:

“Biz tələbata uyğun olaraq istehsal sahəsini bir qədər dəgenişləndirməyi hədəfləmişik. Artıq bu istiqamətdə müvafiq işlərəbaşlanılıb və hazırda yeni tikinti işləri aparılır. Bu isə istehsagücünün artırılması deməkdir”.

C.Quliyev həmçinin söyləyib ki, “Azertexnolayn” MMC 13 ildirölkəmizdə davamlı iş yerləri yaradaraq, məşğulluğun artırılmasınatöhfə verməkdədir. O vurğulayıb ki, hazırda şirkətdə 1000-dən çoxişçi çalışır. Onun sözlərinə görə, “Azertexnolayn” MMC həmçininuniversiteti yenicə bitirmiş məzunların təcrübə keçməsi üçün yeniimkanlar yaradıb: “İndiyədək bu imkanlardan yararlanan xeyli saydainsanlar olub və 6 aylıq təcrübə müddətində onlara aylıq əməkhaqqıda təyin olunub. Eyni zamanda onlar da bu müddət ərzində şirkətindigər əməkdaşları üçün tətbiq olunan güzəştlərdən yararlanıblar. Bugüzəştlər arasında işçilərə nahar verilməsi, Bakıda yaşayanişçilərin xüsusi servislər vasitəsilə daşınmasını göstərməkolar”.

Tədbirin yekununda xatirə fotosu çəkilib.

Qeyd edək ki, “Azertexnolayn” 2012-ci ildən fəaliyyət göstərirvə bu gün artıq Yaxın Şərq, MDB və Avropa bazarına məhsul ixracedən bir sənaye lideridir.

https://www.youtube.com/watch?v=SpQS96Al9as

“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
“Azertexnolayn”ın
Избранный
126
5
az.trend.az

6Источники