RU

Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub  

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialı mövzularına dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları, həmçinin Asiya İnkişaf Bankının ölkənin maliyyə sektorunda iştirak perspektivləri müzakirə olunub.

Избранный
115
7
azerbaijan-news.az

8Источники