RU

Avqustda 30 milyondan çox zərərli keçid qeydə alınıb

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti(XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarınınkibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunmasıistiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin avqust ayıərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlərnəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.

Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanmasınəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusihədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumlarınqarşısı alınıb.

Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlərnəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31,759,074 zərərli keçid,"Sandbox" mühafizə sistemi vasitəsilə 8,408 zərərverici tərkiblielektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərininqoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə2,850,500zərərli fəaliyyət bloklanıb.

Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməkləavqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Qeyd edilib ki, XRİTDX informasiya təhlükəsizliyi sahəsindədavamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlətqurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətinietibarlı şəkildə təmin etmək istiqamətində işləri davametdirir.

Избранный
190
14
az.trend.az

10Источники