RU

Putin: Azərbaycanla münasibətlərdə problemlər var, amma hər şey yoluna düşəcək

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycanla münasibətlər haqqında danışarkən, hər iki ölkə arasında yaranan məsələlərin zamanın tələbləri ilə bağlı olduğunu vurğulayıb.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

O, bu problemlərin olmasına baxmayaraq, Azərbaycan və Rusiya arasında "əsaslı əlaqələr və qarşılıqlı maraqların" hər şeyin yerinə oturmasına kömək edəcəyinə inandığını bildirib.

"Bu gün prezident Əliyevlə salamlaşdıq, bir-iki söz mübadiləsi etdik. Problemlər var, amma mən əminəm ki, hər şey öz yerini tapacaq," — deyə Putin qeyd edib.

Избранный
18
operativmedia.az

1Источники