RU

Rusiyada keşiş və 9 uşaq atası 4 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – FOTO

Rusiyada çoxuşaqlı ata və keşiş həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətindən olan keşiş və 9 uşaq atası müharibə əleyhinə moizə oxuduğuna görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Pentikostal kilsəsinin 63 yaşlı yüksək vəzifəli keşişi Nikolay Romanyuk “İnternetdə dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə çağırışda” günahlandırılıb.

Bütün bunlar ona görədir ki, 2022-ci ilin sentyabrında xidmət zamanı oğlanları müharibəyə göndərməyi günah adlandırıb.

“Sizə bir doza təklif edəndə, bir şüşə spirt təklif edəndə və ya sizi döyüşə göndərmək üçün çağırış vərəqəsi alanda – bu, eyni günahdır, eyni dərman və eyni şeytandır… Və bunun üçün hansı kralın – Ukrayna çarının, Amerika çarının çağırışının əhəmiyyəti yoxdur. Ya da çarımız buna çağırır, eyni şeydir”, – o deyib.

2024-cü ilin oktyabrında pastor saxlanılıb. Onun uşaqlarını 12 saat üzü üstə yerə uzanmış vəziyyətdə saxlayıblar.

Təhlükəsizlik qüvvələri Romanyuka üzrxahlığı kamera qarşısında etməyi təklif etsə də, o, rədd edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
interpress.az

1Источники