RU

Podolyak: Cəbhə xəttinin dondurulması mümkün ssenarilərdən biridir

Zelenskinin müşaviri: Qərb ədalətli sülhə sərmayə qoymalıdır...

Poliqon xəbər verir ki, Ukrayna prezidentinin ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya-Ukrayna müharibəsinin yekunlaşması üçün cəbhə xəttinin dondurulmasının mümkün ssenarilərdən biri olduğunu açıqlayıb. Bu barədə o, “Novini.LIVE” telekanalına müsahibəsində danışıb.

Podolyak qeyd edib ki, yekun qərarı Ukrayna prezidenti Vladimir Zelenski verəcək. Onun sözlərinə görə, hazırda AvropaABŞ tərəfdaşları ilə məsləhətləşmələr davam edir və Qərb ədalətli şəkildə münaqişənin başa çatmasına sərmayə qoymalıdır ki, Rusiya bundan fayda əldə etməsin.

Ukraynalı rəsminin sözlərinə görə, Rusiya və Ukrayna prezidentlərinin sammitini hər hansı ölkə qəbul etməyə hazır ola bilər. Lakin Minsk, Moskva və Budapeştdə belə görüşlərin keçirilməsi ilə bağlı təklifləri Podolyak “absurd” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Britaniyanın The Telegraph qəzeti yazmışdı ki, ABŞAvropanın Kiyevə döyüş meydanında qələbə üçün lazım olan resursları verməyə hazır olmadığı şəraitdə, ən az mənfi variant kimi idarə olunan atəşkəs görünür. Bu, Ukraynaya itirilmiş torpaqlar üzərində hüquqi iddialarını qoruyub saxlamağa və vaxt qazanmağa imkan verə bilər.

Poliqon.info

Избранный
77
poliqon.info

1Источники