RU

Zaxarova: Rusiya Minsk qrupunun buraxılmasını əsaslı hesab edir

Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır.

Tribunainfo.az -ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib. “Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb”, – o qeyd edib.

“Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur”, – M.Zaxarova xatırladıb.

Избранный
0
11
tribunainfo.az

10Источники