Final mərhələsi 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə oyunlarının payız mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, bu gün 8 oyun keçiriləcək.
Bu görüşlər A və E qruplarında ilk, J və G qruplarında isə 5-ci tura təsadüf edəcək.
Türkiyə seçmə mərhələdə ilk oyununu səfərdə Gürcüstana qarşı keçirəcək. İspaniya isə Bolqarıstan səfərinə yollanacaq.
Niderland Polşanı sınağa çəkəcəksə, Almaniya Slovakiyanın qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-nin ilk seçmə oyununda səfərdə İslandiyaya qarşı keçirəcək. Oyun sabah 22.45-də başlayacaq.
DÇ-2026
4 sentyabr
J qrupu
18:00. Qazaxıstan - Uels
22:45. Lixtenşteyn - Belçika
E qrupu
20:00. Gürcüstan - Türkiyə
22:45. Bolqarıstan - İspaniya
G qrupu
20:00. Litva - Malta
22:45. Niderland - Polşa
A qrupu
22:45. Slovakiya - Almaniya
22:45. Lüksemburq - Şimali İrlandiya