
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.Faktla bağlı araşdırma aparılır.Ulusum.az
Diqqət Çəkənlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti
Qadınların “TikTok” və “Instagram” hesablarını sındıran şəxs saxlanıldı - VİDEO