RU

Mövsüm "Kukaraça" tamaşası ilə AÇILACAQ

Yazını böyüt
Yazını kiçilt

Gəncə Dövlət Milli Dram Teatrı sentyabrın 19-da 130-cu yubiley teatr mövsümünü Nodar Dumbadzenin "Kukaraça" əsərinin tamaşası ilə açacaq.

Hafta.az xəbər verir ki, Teatrdan bildirilib ki, yaradıcı kollektiv həmçinin, yubiley ovqatı ilə 20 sentyabr tarixində Əziz Nesinin eyniadlı pyesi əsasında hazırlanmış “Toros canavarı”, 26 sentyabr tarixində isə Reymond Kuninin “Nömrə 13” pyeslərinin tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da başlayacaq.

Избранный
127
1
hafta.az

2Источники