RU

Azad olunmuş bu kəndlərdə evlərin təmirinə 3,4 milyon manat ayrıldı

Bakı. Trend:

Xocavənd rayonunun Xanoba və Tağaverd kəndlərində 2-ci mərhələüzrə evlərin təmirinə başlanılır.

Trend-inməlumatına görə, təmir işləri Xanoba kəndində ümumi sahəsi 4 375,8kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini, Tağaverd kəndi üzrəisə ümumi sahəsi 5 049 kvadrat metr olan 30 ədəd fərdi yaşayışevlərini əhatə edəcək.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum Xanoba kəndində sözügedən işlərin icrasını “Capitel Group”Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.

Tağaverd kəndində isə qeyd olunan işlərin icrası "FrekansConstruction and Energy Company" MMC və “UĞUR Tikinti” MMC hüquqişəxs yaratmadan birgə fəaliyyət göstərən müəssisələr birliyinə(konsorsium) həvalə edilib və müqavilə bağlanılıb. Müqaviləyə uyğunolaraq şirkətə 1 921 601 manat ödənilib.

Xanoba kəndi üzrə işlərin həvalə olunduğu “Capitel Group” MMC2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalıoğludur.

Tağaverd kəndi üzrə isə işlərin icrasını yerinə yetirəcək şirkətbu il dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanşirkətin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur.

Qeyd edək ki, Xanoba və Tağaverd kəndləri Xocavənd rayonununinzibati ərazisinə daxildir və uzun müddət 1990–cı illərin Qarabağmüharibəsi nəticəsində işğal altında olub. Sözügedən kəndlər2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Azərbaycantərəfindən tam nəzarət bərpa edilmiş ərazilərdə yerləşirlər.

Məqalədə:
Избранный
32
4
az.trend.az

5Источники