RU

Aeraport ərazisində taksi şirkətlərinə qadağa qoyulub?

Sosial şəbəkələrdə bu il sentyabrın 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb.

Bu məlumatlarda aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir.

Yenisabah.az APA-Economics-ə istinadla xəbər verir ki, hava limanından sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığı bildirilib: Sezar pizza

"Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansısa məhdudiyyət tətbiq olunmur. Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".

“Bakı Taksi Xidməti” Azərbaycanda fəaliyyət göstərən Dövlət Taksi Xidmətidir. Taksi xidmətinin duracağı hava limanında 1-ci terminalın çıxışında yerləşir.


Telegram kanalımız
Избранный
79
10
yenisabah.az

10Источники