RU

Tunis Fransaya nota verdi - Ölüm işinə görə

Tunis Fransaya nota verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Fransanın cənubundakı Marsel şəhərində tunisli bir şəxsin fransız polisi tərəfindən öldürülməsi olub.

Bəyanatda Fransanın Tunisdəki səfirliyinin müvəqqəti işlər vəkilinin prezident Kays Səidin göstərişi ilə Xarici İşlər Nazirliyinə çağırıldığı və ona sərt etirazın çatdırıldığı qeyd olunub: "Fransanın Tunisdəki səfirliyinin müvəqqəti işlər vəkilinə etirazımız çatdırlıb, noramız verilib. Tunis  Fransa rəsmilərindən istintaqı sürətlə və qətiyyətlə aparmasını gözləyir”

Lamiyə
MİA.AZ

Избранный
135
mia.az

1Источники