RU

“Donnarummanı “Mançester Siti”nin qapıçısı kimi görmürəm”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Pol Skoulz italyan qapıçı Canluici Donnarummanın “Mançester Siti”yə transferi ilə bağlı açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Skoulz bu keçidi “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün “qəribə transfer” adlandırıb:

“Donnarummanı bəyənirəm, hətta onu “Mançester Yunayted”ə dəvət edərdim. Amma Qvardiola demək olar ki, yarımmüdafiə xəttində oynamağı bacaran qapıçı istəyir.

Donnarumma isə ayaqları ilə oyunda o qədər də istedadlı deyil. Məncə, Luis Enrike də elə buna görə ondan imtina etmək qərarına gəlib. Açığı, mən Donnarummanı “Mançester Siti”nin qapıçısı kimi təsəvvür eləmirəm”.

26 yaşlı qapıçı sentyabrın 2-də PSJ-dən “Mançester Siti”yə keçib. Tərəflər 2030-cu ilin ortalarınadək qüvvədə olacaq müqavilə imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
239
futbolpress.az

1Источники