futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Ştutqart”ın baş məşqçisi Sebastyen Heness adının “Fənərbağça” ilə hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Almaniya mətbuatına açıqlamasında bunları deyib:
“Mənimlə hansısa əlaqə olmayıb. Bu, heç müzakirə mövzusu deyil. Mətbuat bunu böyük xəbər kimi qələmə verir, ancaq mənim üçün belə deyil”.
2023-cü ildən “Ştutqart”a rəhbərlik edən mütəxəssisin müqaviləsi 2028-ci ilin yayına kimidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.