RU

Ermənistanda əhalinin 14 faizi işsizdir

BAKI, 4 sentyabr. TELEQRAF

Ötən il MDB ölkələri arasında işsizlərin sayına görə Rusiya lider olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Rusiya əhalisinin 1 milyon 915 min nəfəri işsiz statusu alıb.

Bu göstərici üzrə ikinci yerdə Özbəkistan gəlir. Hesabat dövründə ölkədə 836,4 min nəfər işsiz kimi qeydiyyatda olub. Qazaxıstanda isə əhalinin 449,8 nəfəri işsizdir.
Azərbaycanda ötən il işsizlərin sayı 282,3 min nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,4 faiz azalma deməkdir.

MDB ölkələri üzrə işsizlik səviyyəsinin faiz nisbətinə gəlincə, ötən il ən yüksək göstərici Ermənistanda qeydə alınıb – 13,9 %. Bu göstərici 2023-cü ilə nisbətən 1,5 faiz bəndi artıb. İşsizlik səviyyəsi Özbəkistanda 5,5 %, Azərbaycanda 5,3 %, Qazaxıstan və Türkmənistanda isə 4,7 % təşkil edib.

Избранный
98
teleqraf.com

1Источники