RU

Azərbaycan Könüllüləri “Hüquq və Dövlət” Könüllülər düşərgəsində bir araya gəliblər (FOTO)

Bakı. Trend:

31 avqust – 3 sentyabr tarixlərində Quba Olimpiya İdmanKompleksində Azərbaycan Respublikasının Gənclər və İdmanNazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyivə Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə“Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya vəSuverenlik İli”nə həsr olunmuş “Hüquq və Dövlət” KönüllülərDüşərgəsi uğurla həyata keçirilib.

Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri UluÖndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçünmüxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub.Düşərgə iştirakçıları “Hüquq sistemində gənclərin rolu”, “Kütləqarşısında çıxış və təqdimat bacarıqları” və “İnandırma vəmanipulyasiya texnikaları” mövzularında interaktiv çıxışlar vəmüzakirələrdə fəal iştirak ediblər. Bu sessiyalar gənclərin həmhüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişafbacarıqlarını gücləndirmək baxımından əhəmiyyətli rol oynayıb.

Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəlitəşkili də diqqət mərkəzində olub. İştirakçılar üçün müxtəlifkomanda oyunları, “Suveren” intellektual yarışı, film saatı, eləcədə gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə “Məhkəməsimulyasiyası: Cinayət işi” adlı simulyativ oyunu keçirilib.

Düşərgənin son günü isə yaradıcılıq və birlik ab-havası iləyadda qalıb. İştirakçılar “İstedadSən” yaradıcılıq yarışmasında özbacarıqlarını nümayiş etdirib, daha sonra isə tonqal ətrafında biraraya gələrək düşərgənin son anlarını paylaşma fürsəti əldəediblər.

“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi Azərbaycan Könüllüləriüçün hüquq və dövlətçilik mövzularında biliklərini artırmaq,ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək,yaradıcı potensiallarını üzə çıxarmaq və könüllülük dəyərlərinəbağlılıqlarını gücləndirmək baxımından mühüm bir göstəriciolub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
128
9
az.trend.az

10Источники