RU

Nazir müavini Vüsal Nəsirli Qax rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 4-də Qax rayonunda Qax və Şəki rayonlarının sakinlərini qəbul edib.

QHT.az xəbər verir ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Избранный
210
1
qht.az

10Источники