RU

ABŞ nümayəndəsi Vitkoff "istəklilər koalisiyası"nın iclasını vaxtından əvvəl tərk edib

Ajans.az xəbər verir ki,bu barədə “European Pravda” nəşri məlumat yayıb. Məlumata görə, Vitkoff iclasa qatıldıqdan qısa müddət sonra Yelisey sarayını tərk edib. Nəşrin diplomatik mənbəsi bildirib ki, Vitkoffun ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı apardıqdan sonra Avropa liderlərinə yenidən qoşulması gözlənilir. Qeyd edək ki, Stiven Vitkoff sentyabrın 3-də Parisə səfər edib. Onun yalnız koalisiya görüşlərində deyil, həm də Ukrayna prezidenti Vladimir Zelenski və nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

 

Избранный
50
Ajans.az

1Источники