RU

Qırğızıstan alpinizmə nəzarəti gücləndirmək niyyətindədir

Qırğızıstan alpinistlərdən hündürlüyü 6 min metrdən çox olan dağ zirvələrinə qalxmaq üçün pullu icazə tələb etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb. 

Bildirilib ki, dağ zirvələrinə ekspedisiyalar zamanı alpinistlərdən tibbi yardım və evakuasiyanı əhatə edən etibarlı sığorta tələb olunur. Onlardan, həmçinin bütün tullantı məhsullarını ayrı-ayrı torbalarda toplamaq və sonradan xüsusi ayrılmış yerlərdə atmaq tələb olunur. Sənədə əsasən, icazə tələb olunan dağlara dırmaşmaq yalnız sertifikatlı bələdçi ilə mümkündür.

Ödənişin qaydası, məbləği və icazə tələb olunan ərazilərin siyahısı Qırğızıstan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Şəfa Hüseynli 

Избранный
65
operativmedia.az

1Источники