RU

"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"

ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəi Bankı) müstəqilliyi itirilərsə və investorlar yığımlarının heç olmasa kiçik bir hissəsini ABŞ xəzinə istiqrazlarından qızıla yönləndirərlərsə, qızılın qiyməti bir troya unsiyası üçün demək olar 5000 dollara qədər yüksələ bilər.

Marja.az xəbər verir ki, bunu “Goldman Sachs” analitikləri hesab edirlər.

“FED-in müstəqilliyinin zəiflədiyi bir ssenari, çox güman ki, inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, həmçinin dolların ehtiyat valyuta statusunun zəifləməsinə gətirib çıxaracaq”, — deyə analitiklər öz hesabatlarında bildirirlər.

Onların sözlərinə görə, “Qızıl — institutlara inamdan asılı olmayan yığım vasitəsidir”.

“Goldman Sachs” qızıl qiymətləri üçün bir neçə ssenari görür:

• Baza ssenari — 2026-cı ilin ortalarınadək qiymətlərin 1 unsiya üçün 4000 dollara yüksəlməsi;

• Mülayim riskli ssenari — qiymətlərin 4500 dollara qədər artması;

• Yüksək riskli ssenari — investorların ABŞ xəzinə istiqrazlarının bir hissəsini sataraq qızıl alması və nəticədə qiymətin 5000 dollara yaxınlaşması.

Hazırda COMEX birjasında qızıl fyuçersləri 1 unsiya üçün 3600 dollardan bir qədər aşağı səviyyədə ticarət olunur. Bu həftənin əvvəlində kotirovkalar tarixdə ilk dəfə olaraq həmin həddi aşmışdı.

Избранный
149
3
marja.az

5Источники