RU

Braziliyada qapıçı penalti zərbəsini qaytardıqdan sonra ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyada keçirilən futzal matçı zamanı faciəli hadisə baş verib.
Oxu.Az-ın "Sovetskiy sport" nəşrinə istinadla verdiyi məlumata görə, 34 yaşlı qapıçı penalti zərbəsini qaytararkən topun sinəsinə dəyməsi nəticəsində dünyasını dəyişib.
Zərbəni uğurla qaytaran qapıçı sevinməyə başlayıb. Lakin qəfil huşunu itirərək meydançada yıxılıb.
Zərərçəkmiş dərhal xəstəxanaya aparılıb. Həkimlər təxminən bir saat ərzində onu xilas etməyə çalışsalar da, bütün səylər nəticəsiz qalıb.
Hadisənin baş verdiyi Auqustu bələdiyyəsinin rəhbərliyi matəm elan edib.
Избранный
94
50
oxu.az

10Источники