RU

ABB kartınızı itirmisinizsə, DİQQƏTLİ OLUN

Azərbaycan Beynəlxalq Bankına məxsus kartını itirən şəxs bankdan şikayətçidir. İtən kart başqa şəxs tərəfindən tapılıb banka bildirilsə də, ABB müştəriyə bu barədə məlumat vermədən kartı bloklayıb.

Bu problemlə Aytac Əzizbəyli adlı xanım üzləşib. Problemini sosial şəbəkədə işıqlandıran şikayətçi bildirib ki, bank ona bu barədə məlumat verə bilərdi:

"Dünən pul qabını bir başqa yerdə itirmişdim. Tapan şəxs banka yığıb, bank isə məlumatları verməyib (bu çox əla). Lakin bank mənimlə də təkrar əlaqə saxlamadan kartı bloklayıb və mən o kartı tətbiqdən hal-hazırda aça bilmirəm.
Yazmışam, operator hələ də cavab yazmır. Yani mənimlə əlaqə saxlanıla, kartı tapan şəxsin olduğunu deyə bilərdilər. Kartı tapan şəxs Milli Kitabxanaya yığıb. Kart məlumatlarından mənim pul qabımı itirdiyimi deyib. Milli Kitabxana mənə məlumat verdi və mən pulqabımı götürdüm.
Lakin anlamadığım odur ki, ABB bunu niyə etmir?. Onlara kartın itməsi barədə bildirilibsə, niyə mənə bununla bağlı məlumat vermirlər? Üstəlik kartı bloklayırlar”.

Şikayətini ictimailəşdirən müştərinin problemini ABB cavabsız qoymayıb. Bankdan bildiriblər ki, kart təhlükəsizlik məqsədilə bloklanıb:

"Kartınızı itirmisinizsə və ya başqa bir şəxs tərəfindən tapılıbsa, Məlumat Mərkəzi təhlükəsizlik məqsədi ilə kartınızı dərhal bloklayır. Bu, kartınızın icazəsiz istifadə edilməsinin qarşısını almaq üçün atılan vacib addımdır.

Əlavə olaraq, tapılmış kart filialımıza təqdim olunarsa, müştəri ilə əlaqə saxlanılır və kart haqqında məlumat verilir”./tribuna

https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-251x300.jpeg 251w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-857x1024.jpeg 857w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-768x917.jpeg 768w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-20x24.jpeg 20w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-30x36.jpeg 30w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_5f06adf1bf06522e63fa6736e795974b_aho1erunmltzp70qgw38-40x48.jpeg 40w" sizes="(max-width: 1080px) 100vw, 1080px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 5px auto;" />https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-248x300.jpeg 248w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-848x1024.jpeg 848w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-768x927.jpeg 768w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-20x24.jpeg 20w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-30x36.jpeg 30w, https://tribunainfo.az/public/uploads/2025/09/tia_a413cd97440325fed21c8840dbecfad9_e3hpilsg6r0y74w2bajk-40x48.jpeg 40w" sizes="(max-width: 1080px) 100vw, 1080px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 5px auto;" />

Избранный
100
7news.az

1Источники