Papa XIV Leo İsrail prezidenti İshaq Hersoq ilə Vatikan şəhərində xüsusi görüş keçirib. Görüşün gündəmində əsasən Qəzzadakı vəziyyət, girovların azad olunması və qlobal sülh məsələləri müzakirə olunub.
Tərəflər görüş zamanı təcili və daimi atəşkəsin təmin edilməsinə çağırış ediblər və beynəlxalq ictimaiyyətin humanitar yardımın qarşısındakı maneələri aradan qaldırmasının əhəmiyyətini vurğulayıblar. Papa həmçinin iki dövlətli həll çərçivəsində sülhün dəstəklənməsinə bir daha diqqət çəkib.
Herzoqun ofisi səfərin Papa tərəfindən dəvət əsasında baş tutduğunu açıqlasa da, Vatikan sözçüsü bunun əslində Herzoqun müraciəti ilə gerçəkləşdiyini, belə görüşlərin isə ənənəvi diplomatik protokol çərçivəsində həyata keçirildiyini bildirib.
Görüşdən sonra prezident Hersoq sosial şəbəkə üzərindən Papa XIV Leoya səmimi qarşılanmaya görə təşəkkür edib və dini liderlərin sülh təşəbbüslərinə verdiyi dəstəyin önəmini yüksək qiymətləndirib.