RU

Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar - YENİLƏNİB

Bakı, 4 sentyabr, AZƏRTAC

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in Mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

19:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Oratağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.

Избранный
80
26
azertag.az

10Источники