RU

Əfqanıstanın cənub-şərqində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb

Əfqanıstanın cənub-şərqində 6,2 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzinin məlumatına istinadən məlumat yayıb.

Qeyd edilib ki, bu, bazar günündən bəri bölgədə qeydə alınan üçüncü zəlzələdir.

"TASS" agentliyinin Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə isə, Əfqanıstanın şərqində yerləşən Hindukuş dağlarında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanlar 42 kilometr dərinlikdə baş verib olub.

Hazırda dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Избранный
127
1
apa.az

2Источники