DÇ-2026-nın seçmə mərhələsinin F qrupu çərçivəsində Azərbaycan yığması sabah Bakı vaxtı ilə saat 22:45-də İslandiya ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, milli komandamızın kapitanı Emin Mahmudov oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
“Bizi sabah ağır oyun gözləyir. Hazırlaşmışıq. Neçə gündür ki, burdayıq. Futbolçular olaraq məşqçinin istədiyini yerinə yetirib, tapşırıqları yerinə yetirə bilərik. Milli komandada qol rekorduna imza atmaq? Bu barədə çox düşünmürəm. Hər oyundan əvvəl bu sual verilir. Milli komandaya necə xeyir verə biləcəyimi düşünürəm".