RU

Tolu Arokodare 26 milyon avroya “Vulverhempton”da!

Belçikanın “Genk” klubunun mərkəz hücumçusu Tolu Arokodare bundan sonra “Vulverhempton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi bu keçidi rəsmiləşdirmək üçün qarşı tərəfə 26 milyon avro ödəyib. 24 yaşlı nigeriyalı futbolçu yeni klubu ilə 4+1 illik müqaviləyə imza atıb.

Tolu Arokodare peşəkar karyerasına “Valmiera”da başlayıb. O, Almaniyada “Köln”, Fransada “Amyen” klublarının da formasını geyinib. “Genk” hücumçunu 2023-cü ilin yanvarında 5 milyon avro müqabilində “Amyen”dən transfer etmişdi. Tolu Belçika klubunun forması altında meydana çıxdığı 113 oyunda 41 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Arokodare bu il debüt etdiyi Nigeriya milli komandasının heyətində 4 oyuna çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Избранный
58
arena.az

1Источники