RU

Baltik dənizində NATO-nun “Quadriga” təlimləri başlayıb

Bakı. Trend:

Baltik dənizində Almaniya hərbçilərinin rəhbərliyi ilə“Quadriga” adlı beynəlxalq hərbi təlimlər keçirilir.

Trend xəbər verirki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata əsasən, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa vəKanada da daxil olmaqla, NATO-nun 14 ölkəsindən 8 mindən çox hərbiqulluqçu iştirak edir. Bundesverin rəhbərliyi altında 40 gəmi, 20təyyarə və 1 800-dən çox texnika prosesə cəlb olunub.

Sentyabrın 4-də keçirilən mərhələdə Almaniyanın Rostoklimanından Litvanın Klaypedasına bərə ilə hərbi texnikanındaşınması məşq edilib. Texnika korvet, minaaxtaran gəmilər,helikopterlər və polis qüvvələrinin müşayiəti ilə təyinatməntəqəsinə aparılıb. Əməliyyatı Almaniya komandanlığı və digərölkələrdən olan zabitlər izləyiblər.

Təlimlər zamanı hərbçilər pilotsuz uçuş aparatlarını vəekipajsız qayıqları zərərsizləşdirmə üzrə məşqlər də keçiriblər.Manevr zonasında “Eurofighter Typhoon” qırıcıları da müşahidəolunub.

“Quadriga” təlimlərinin dəqiq bitmə tarixi açıqlanmayıb, lakinonların bir neçə həftə davam edəcəyi bildirilir.

Избранный
141
2
az.trend.az

3Источники