BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Rusiya lideri Vladimir Putinlə Alyaskada keçirilən görüşdən iki şəkil paylaşıb.
Teleqraf xəbər verir ki, birinci şəkildə dövlət başçıları Elmendorf-Riçardson hərbi bazası üzərində F-35 qırıcılarının uçuşunu izləyərək göyə baxırlar.
İkinci şəkildə isə Amerika B-2 bombardmançısının başçılığı altında uçan dörd qırıcı əks olunub.
Tramp bu şəkillərə heç bir şərh yazmayıb.