RU

“OpenAI” tədqiqatçısı: Ümid edirəm ki, Azərbaycandan olan istedadlı gənclər gələcəkdə bizim şirkətlə əməkdaşlıq edəcəklər

Bakı, 5 sentyabr, AZƏRTAC

“Həm digər şirkətlərə, həm də “OpenAI” şirkətinə tədqiqatçılar və mühəndislər rəqabətli proqramlaşdırma mühitindən gəlirlər. Biz hesab edirik ki, onlar burada əldə etdikləri bacarıqlar sayəsində süni intellekt sahəsində yaxşı tədqiqatçılar olacaqlar. Mən həqiqətən ümid edirəm ki, Azərbaycandan olan istedadlı gənclər gələcəkdə şirkətimizlə əməkdaşlıq edəcək. Bakıda olduğum bu günlər ərzində Azərbaycandan olan çoxlu istedadlı gənc proqramçılarla rastlaşdım”.

Bu barədə AZƏRTAC -a müsahibəsində Bakıda Proqramlaşdırma üzrə keçirilən Beynəlxalq Tələbə Olimpiadasının Dünya Finalında iştirak edən “OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninjad deyib.

M. Rohaninjad vurğulayıb ki, “OpenAI” şirkəti hazırda AI dil modelləri üzərində çox işləyir. “Zaman keçdikcə daha çox dil əlavə etdik, onları müxtəlif ləhcələrdə və yazılarda səriştəli etməyə çalışdıq. Məsələn, əvvəllər model başqa dildə güclü tələffüzlə danışırdı. Biz bunu da təkmilləşdirdik. İnternetdə daha kiçik həcmdə təqdim edilən dillər üçün modellərin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan bütöv bir komandamız var. Təsəvvür etmək olar ki, onlayn mətnlərin əksəriyyəti Çin, ingilis və ya digər populyar dillərdə yazılıb. Biz internetdə daha az mövcud olan dillər üçün modelin imkanlarını təkmilləşdirməyə çalışırıq. Ümid edirəm ki, gələcək modellərdə bu istiqamətdə irəliləyişlər görəcəksiniz”, - deyə “OpenAI” tədqiqatçısı sözünü yekunlaşdırıb.

Избранный
121
azertag.az

1Источники