Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində daha 12 oyun keçiriləcək.
aia.az xəbər verir ki, Azərbaycan milli komandası da mübarizəyə start verəcək. Belə ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız D qrupunun ilk oyununda İslandiyanın qonağı olacaq. Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri qismində Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi Klay Ruperti olacaq.