RU

Gəncədə ev yandı - Ər və arvad tüstüdən zəhərləndi

Gəncədə 4 otaqlı ev yanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin G.Zeynalov küçəsində baş verib.

Vətəndaşa məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 300 kv/metr olan evin 130 kv/metri əşyaları ilə birlikdə yanıb.

Yanğın söndürülüb, evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə edilib. Yanğın zamanı 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərləniblər. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
19
unikal.az

1Источники