RU

DÇ-2026: Bu gün Avropa zonasında 10 oyun keçiriləcək

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 

Fanat.Az xəbər verir ki, B, C, D, I, L qruplarında ümumilikdə 10 görüş baş tutacaq.  

Portuqaliyalı mütəxəssis Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi İslandiyanın qonağı olacaq. Yığmamızın yer aldığı D qrupunda Ukrayna və Fransa Polşada üz-üzə gələcəklər. 

Avropa nəhənglərindən İtaliya Estoniyanı sınağa çəkəcək. 

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək. 

DÇ-2026, seçmə mərhələ
5 sentyabr

B qrupu

22:45. İsveçrə - Kosovo
22:45. Sloveniya - İsveç

Xal durumu: Kosovo - 0, Sloveniya - 0, İsveçrə - 0, İsveç - 0.

C qrupu

22:45. Danimarka - Şotlandiya
22:45. Yunanıstan - Belarus

Xal durumu: Belarus - 0, Danimarka - 0, Yunıstan - 0, Şotlandiya - 0.

D qrupu

22:45. Ukrayna - Fransa
22:45. İslandiya - Azərbaycan

Xal durumu: Azərbaycan - 0, Fransa - 0, İslandiya - 0, Ukrayna - 0.

I qrupu 

22:45. Moldova - İsrail
22:45. İtaliya - Estoniya

Xal durumu: Norveç - 12, İsrail - 6, İtaliya - 3, Estoniya - 3, Moldova - 0.

L qrupu

22:45. Monteneqro - Çexiya
22:45. Farer adaları - Xorvatiya

Xal durumu: Çexiya - 9, Xorvatiya - 6, Monteneqro - 6, Farer adaları - 3, Cəbəllütariq - 0.

Избранный
15
6
fanat.az

10Источники