RU

59 yaşlı Tayson yenidən rinqə çıxacaq

Əfsanəvi boksçu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək. SİA xəbər verir ki, idmançı bununla bağlı instaqram hesabında paylaşım edib.

Qarşılaşma 2026-cı ilin yazında baş tutacaq. Qeyd edək ki, 59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib. 48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.

Избранный
83
10
sia.az

10Источники