İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,59% azalaraq, 69,47 dollar/barel təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar və ya 0,58% ucuzlaşaraq 68 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,31 dollar və ya 0,55% azalaraq, 56,21 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,39 dollar və ya 0,57% azalaraq 67,32 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.